Azərbaycanda səhiyyə xərcləri 2030-cu ildə 2,4 milyard manata çata bilər
Səhiyyə sektorunun xərcləri 2030-cu ildə 2,4 milyard manata çata bilər
Səhiyyə sektoruna 2027-ci ildə 2 milyard 84,1 milyon manat ayrılması proqnozlaşdırılır. Sənəddə bu xərclərin 2028-ci ildə 2 milyard 286,3 milyon, 2029-cu ildə 2 milyard 298,4 milyon, 2030-cu ildə isə 2 milyard 398,4 milyon manat olacağı nəzərdə tutulur.
ENA.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Vəsaitin əsas hissəsi tibbi xidmətlərin tənzimlənməsi və dayanıqlı maliyyələşmənin təmin edilməsinə yönəldiləcək. Bu proqram üzrə 2027-ci il üçün 1 milyard 722,8 milyon manat, 2030-cu il üçün isə 2 milyard 145,6 milyon manat proqnozlaşdırılıb.
Uşaqların profilaktik peyvəndlənməsi üçün hər il 34 milyon manat, uşaq ölümlərinin azaldılması ilə bağlı tədbirlər üçün isə 28 milyon manat nəzərdə tutulur.



















