Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə prezidentini təmsil edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər Konfransının (AQEM (CICA)) Dövlət və Hökumət Başçıları Şurasının yeddinci iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.
Bu barədə bu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Hakan Fidanın Zirvə Görüşündə çıxış etməsi və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.



















