Azərbaycana 3 ayda 7 milyon kiberhücum cəhdi qeydə alınıb
Dünyada internet trafikinin 51%-ni botlar, 49%-ni isə insanlar formalaşdırır. Bot trafikinin 37 faizini zərərli, 14 faizini isə xoşməramlı botlar təşkil edir.
ENA.az xəbər verir ki, bu barədə “Mastercard”ın nümayəndəsi Reşat Köçkən bildirib.
Onun sözlərinə görə, zərərli botlar kiberhücumlar həyata keçirməyə çalışırlar. Təkcə bu ilin ilk üç ayında Azərbaycana 7 milyon hücum qeydə alınıb. Bu, dəqiqədə orta hesabla təxminən 50 hücum deməkdir.
Bildirilib ki, hücum cəhdlərinin 19%-i İT şirkətlərini, 15%-i enerji sektorunu, 11%-i isə maliyyə sektorunu hədəf alıb.


















