Gəlir vergisi üzrə büdcə daxilolmaları 4 il ərzində 696 milyon manat artacaq
Gəlir vergisi üzrə daxilolmaların 2030-cu ilədək 3,8 milyard manata çatacağı gözlənilir
Fiziki şəxslərin gəlir vergisi üzrə büdcə daxilolmalarının 2027-ci ildə 3 milyard 70 milyon manat olacağı proqnozlaşdırılır. Göstəricinin 2028-ci ildə 3,305 milyard, 2029-cu ildə 3,51 milyard, 2030-cu ildə isə 3,766 milyard manata yüksələcəyi nəzərdə tutulur.
ENA.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Layihədə əlavə dəyər vergisi üzrə daxilolmaların da artacağı göstərilir: 2027-ci ildə 9,386 milyard manat, 2030-cu ildə isə 11,098 milyard manat. Hüquqi şəxslərin mənfəət vergisi üzrə proqnoz 2027-ci il üçün 6,983 milyard, 2030-cu il üçün 7,698 milyard manatdır.
Bu rəqəmlər 2027–2030-cu illər üzrə dövlət büdcəsinin gəlirlərinə dair qanun layihəsində təqdim olunub.


















