Neft Yaxın Şərqdəki gərginliyə baxmayaraq ucuzlaşıb (16.10.2026)
Dünya bazarlarında neftin qiyməti Yaxın Şərqdəki gərginlik və təklif riskləri fonunda həftəlik artımını qorusa da, cümə günü ucuzlaşıb.
ENA.az xəbər verir ki, görə, “Brent” markalı neftin fyuçersləri 0,67% azalaraq bir barel üçün 105,21 dollara, ABŞ-ın “WTI” markalı nefti isə 0,79% ucuzlaşaraq 97,20 dollara düşüb. Bununla belə, həftə ərzində “Brent” 0,44%, “WTI” isə 5,81% bahalaşıb.
Qiymətlərə təsir edən əsas amillər arasında Hürmüz boğazı ətrafında gəmiçilik risklərinin artması və ABŞ-ın neft daşıyan “kölgə donanması” tankerlərinə qarşı sanksiyaları yumşaltmaq ehtimalı yer alır.
Digər tərəfdən, Beynəlxalq Enerji Agentliyi təchizat çatışmazlığını azaltmaq məqsədilə 20 milyon bareldən çox dizel yanacağının bazara çıxarıldığını açıqlayıb. İnvestorlar regiondakı vəziyyətin neft tədarükünə mümkün təsirlərini izləməyə davam edirlər.



















