“PAŞA Maliyyə Holdinqi”nə yeni təyinat
“PAŞA Maliyyə Holdinqi” MMC-də (PASHA Financial Holding) yeni audit direktoru təyin olunub.
Məlumata görə, Babək Rəsulzadə PAŞA Financial Holding-də audit direktoru vəzifəsinə təyin olunub.
O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsində fəaliyyətə başlayıb.
Babək Rəsulzadə, bundan əvvəl 2022-ci ilin fevralından 2026-cı ilin oktyabrınadək “PAŞA Bank”da Daxili Audit Departamentinin direktoru vəzifəsində çalışıb.
Babək Rəsulzadə 2018-ci ilin iyunundan 2022-ci ilin fevralınadək “Kapital Bank”da Daxili audit departamentinin direktor müavini, 2016-cı ilin iyulundan 2018-ci ilin iyununa qədər isə “AFB Bank”da Risklərin idarə edilməsi departamentinin direktoru olub.



















