Azərbaycanın iri holdinqinin fəaliyyətinə xitam verilir
Azərbaycanın iri holdinqlərindən olan “LU-MUN Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verildiyini elan edib.
Şirkətin yenidən təşkil olunması çərçivəsində “LU-MUN Holding” MMC “Bless” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulub.
Bu birləşmə nəticəsində “Bless” MMC yenidən təşkil edildiyini bəyan edib.
Qeyd edək ki, “LU-MUN Holding” MMC Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri birləşdirən holdinqdir. Holdinqin tərkibinə əsasən tikinti, layihələndirmə, mühəndislik, istehsal və digər biznes istiqamətlərində fəaliyyət göstərən müəssisələr daxildir.











