Samsung-un üçüncü rüb mənfəəti rekord səviyyəyə yüksəlib
“Samsung Electronics” şirkətinin üçüncü rübdə əməliyyat mənfəəti süni intellektə olan güclü tələbatın çip biznesini dəstəkləməsi ilə rekord səviyyəyə yüksəlib.
ENA.az xəbər verir ki, şirkət iyul-sentyabr dövründə 107,4 trilyon von (80,2 milyard dollar) əməliyyat mənfəəti əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 782% artım deməkdir.
Beləliklə, “Samsung”un əməliyyat mənfəəti tarixində ilk dəfə 100 trilyon vonu ötüb. Şirkətin gəlirlərinin isə illik müqayisədə 127% artaraq 195 trilyon vona çatdığı gözlənilir.
Rekord nəticənin əsas səbəbi süni intellekt sistemlərində istifadə olunan yaddaş çiplərinə tələbatın kəskin artmasıdır. Xüsusilə yüksək ötürmə qabiliyyətli HBM yaddaş çiplərinə tələbatın artması “Samsung”un çip biznesinin gəlirlərini dəstəkləyib.
Şirkətin tam maliyyə nəticələrinin, o cümlədən ayrı-ayrı bölmələr üzrə göstəricilərin oktyabrın 29-da açıqlanması gözlənilir.



















