BİZNES

Texnologiya milyarderlərinin sərvəti 845 milyard dollar artıb

Texnologiya sektorunda fəaliyyət göstərən milyarderlərin sərvəti 2026-cı ilin ilk 9 ayında 845 milyard dollar artıb.

ENA.az xəbər verir ki, “Bloomberg Milyarderlər İndeksi”nə görə, dünyanın ən zəngin 500 insanı arasında yer alan təxminən 100 texnologiya milyarderinin ümumi sərvəti sentyabrın sonuna 4,6 trilyon dollara çatıb. Bu, ilin ilk 9 ayı üçün indiyədək qeydə alınan ən yüksək artımdır.

Artımın əsas səbəbləri süni intellekt sektorundakı sürətli inkişaf və xüsusilə ABŞ texnologiya şirkətlərinin səhmlərinin bahalaşması olub. Texnologiya milyarderləri indeksdəki şəxslərin təxminən beşdə birini təşkil etsələr də, ümumi sərvətin 36%-nə sahibdirlər.

Texnologiya sektorundan kənarda sərvət qazanan milyarderlərin ümumi sərvəti isə ilin əvvəlindən sentyabrın sonuna qədər 62 milyard dollar azalıb. İndeksdəki ümumi sərvət artımının 94%-i ABŞ vətəndaşlarının payına düşüb.

Dünyanın ən zəngin şəxsi İlon Maskın sərvəti ilin ilk 9 ayında 310 milyard dollar artıb. Bu məbləğ indeks üzrə ümumi sərvət artımının təxminən 40%-nə bərabərdir.

Süni intellekt şirkətlərinin sürətli inkişafı yeni milyarderlərin də siyahıya daxil olmasına səbəb olub. “Anthropic”in 965 milyard dollarlıq qiymətləndirmə ilə maliyyələşmə raundunu tamamlamasından sonra şirkətin 7 həmtəsisçisi milyarderlər siyahısına daxil olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)