MALİYYƏ

Neft Fondunun infrastruktur fondlarına investisiyalarının həcmi açıqlanıb

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) infrastruktur fondlarına investisiyaları 794,598 milyon manat təşkil edib.

ENA.az Fondun illik hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,3 dəfə çoxdur.

İl ərzində infrastruktur fondlarına investisiyaların qurumun aktivlərindəki payı isə 0,3 %-dən 0,6 %-ə yüksəlib.

Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)