Neft Fondunun pul vəsaitləri bir ildə 2,4 dəfə azalıb
Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2 milyard 368,331 milyon manat məbləğində pul vəsaitlərinə və onların ekvivalentlərinə malik olub.
ENA.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2025-ci il yanvarın 1-i ilə müqayisədə 2,4 dəfə azdır.
İl ərzində pul vəsaitlərinin qurumun aktivlərindəki payı isə 5,5 %-dən 1,9 %-ə düşüb.
Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.



















