MALİYYƏ

ARDNF-in xarici banklara yerləşdirdiyi depozitlər üzrə göstəricilər açıqlanı

2025-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Birləşmiş Ərəb Əmirliklərinə məxsus "First Abu Dhabi Bank"a 357,823 milyon manat qısamüddətli depozit qoyub.

ENA.az bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 5,1 % çoxdur.

Sənədə əsasən, ötən il qurumun Yaponiyanın "Mizuho Bank"ına yatırdığı qısamüddətli depozitin məbləği isə 7,15 dəfə artaraq 14,857 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə ARDNF-in müddətli depozitlərinin məbləği ötən il yanvarın 1-nə nisbətən 17,5 % çox – 13,731 milyon manat olub.

Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)