Meta kamerasız süni intellekt eynəklərini təqdim edib
“Meta” şirkəti kamerası olmayan və süni intellekt imkanları ilə təchiz edilmiş “Ray-Ban Meta Audio” eynəklərini təqdim edib.
ENA.az xəbər verir ki, TechCrunch-ın məlumatına görə, yeni eynəklər 43 qram ağırlığındadır və bir dəfə doldurulmaqla 12 saata qədər işləyə bilir. Doldurma qutusu ilə ümumi istifadə müddəti 48 saata qədər artır.
Kamerasız model istifadəçilərə musiqi dinləmək, zənglər etmək və “Meta AI” ilə səslə ünsiyyət qurmaq imkanı verir. Eynəklər “Clubmaster” və “Burbank” olmaqla iki dizaynda və ümumilikdə 23 rəng və linza kombinasiyasında təqdim olunur.
“Ray-Ban Meta Audio”nun qiyməti 349 dollardan başlayır. İlkin sifarişlər artıq qəbul edilir, satışların isə oktyabrın 13-dən başlanması planlaşdırılır.
Bununla yanaşı, “Meta” kameralı “Ray-Ban Meta Gen 3” modelini də təqdim edib. Yeni model 12 meqapiksellik kamera, 3K Ultra HD video çəkilişi və 9 saata qədər batareya müddətinə malikdir.


















