Sosial

Fransada şiddətli quraqlıq səbəbindən su istifadəsi məhdudlaşdırılıb

Fransada davam edən isti və quraq hava şəraiti səbəbindən ölkənin 93 inzibati bölgəsində su istifadəsinə məhdudiyyətlər tətbiq edilib.

ENA.az xəbər verir ki, “Meteo-France”ın məlumatına görə, sentyabrın 20-nə ölkə ərazisinin 84%-ində 10 ildə bir dəfə müşahidə olunan səviyyədə şiddətli quraqlıq qeydə alınıb. 93 bölgənin 74-də ən yüksək – “böhran” səviyyəsi tətbiq edilir.

Böhran səviyyəsində əkin bitkiləri üçün su götürülməsi tamamilə qadağan edilir. Tərəvəzçilik, tingçilik və gənc üzüm bağlarında isə yalnız gecə saatlarında məhdud suvarmaya icazə verilir.

Quraqlıq kənd təsərrüfatı ilə yanaşı, enerji istehsalına da təsir göstərib. 2026-cı ilin yayında Fransada qarğıdalı istehsalının 9 milyon ton olacağı gözlənilir ki, bu da ötən illə müqayisədə 34% azdır və 1980-ci ildən bəri ən aşağı göstəricidir.

Quraqlıq səbəbindən ölkədə meşə yanğınları da genişlənib, bəzi nüvə elektrik stansiyalarında isə çay sularının temperaturunun yüksəlməsi ilə əlaqədar istehsal məhdudiyyətləri tətbiq olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)