Aqrar

Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub

Dövlətə məxsus olan “Aqrarkredit” QSC BOKT-nin rəhbərliyində bir sıra mühüm təyinatlar baş tutub.

Məlumata görə, Anar Kərimov Mehman oğlu Müşahidə Şurasının sədri, Gündüz Əliyev Əvəzağa oğlu Osman Xalıyev İsmayıl oğlu üzvlər seçiliblər. A.Kərimov maliyyə nazirinin müavini, digər şəxslər isə nazirliyin vəzifəli əməkdaşlarıdır.

Digər dəyişikliyə əsasən, indiyədək İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Qəhrəman oğlu Kələşovun sədr vəzifəsinə təyinatı təsdiqlənib.

Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 72.67 milyon manatdır. BOKT 100 % dövlətə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)