Aqrar

ASK logistika şirkətlərinə dəstək mexanizmlərinin yaradılmasını təklif edir

Azərbaycanda aqrar məhsulların alıcılara çatdırılması üçün logistika şirkətlərinə dəstək mexanizmləri yaradılmalıdır.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı Bakıda keçirilən III Beynəlxalq Aqro Biznes Forumunda bildirib.

"Yeni subsidiya qaydaları sektorda müəyyən dəyişikliklər yaradacaq. Amma çox istərdim ki, kənd təsərrüfatı məhsullarının son alıcıya çatdırılması ilə məşğul olan logistika şirkətləri üçün də hər hansı dəstək mexanizmləri üzərində işlənilsin. Çünki bu, çox vacib məsələdir. Yəni, hələlik bu məsuliyyəti fermerin üzərinə qoymaq bir qədər real görünmür. Bu sahənin müəyyən müddət ərzində ayaqda qalması, logistika şirkətlərinin də işin məhz bu tərəfində maraqlı olması üçün aidiyyəti qurumlar buna uyğun bir dəstək mexanizmi düşünə bilər", - deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)