MALİYYƏ

Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 2 dəfədən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 296 milyon 264 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 3,1 %-i qədər olub.

Son 1 ildə Azərbaycanın ABŞ-yə ixracının dəyəri 41,6 % artaraq 22 milyon 295 min dollar, bu ölkədən idxalının dəyəri isə 2,3 dəfə artaraq 273 milyon 968 min ABŞ dolları olub.

3 ay ərzində ABŞ-yə ixrac ümumi ixracın 0,4 %-ni, ABŞ-dən idxal isə ümumi idxalın 6,8 %-ni təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)