Google ən güclü Gemini modelini təqdim etdiyini açıqlayıb
Google “Gemini 4 Argon” adlı yeni süni intellekt modelini təqdim edib. Şirkət modeli kodlaşdırma, mühəndislik və kibertəhlükəsizlik sahələrində yüksək performans göstərən sistem kimi təqdim edir.
ENA.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.
“Gemini 4 Argon” hazırda yalnız Google-un “Fairwind” proqramı çərçivəsində seçilmiş kibertəhlükəsizlik tərəfdaşlarının istifadəsinə verilir. Google-un məlumatına görə, model müdafiə xarakterli kibertəhlükəsizlik işləri üçün xüsusi hazırlanıb və proqram təminatındakı kritik zəiflikləri müstəqil şəkildə aşkarlamaq, yoxlamaq və aradan qaldırmaq imkanına malikdir.
Model həmçinin mürəkkəb kodlaşdırma və mühəndislik tapşırıqlarını yerinə yetirmək, uzun videoları və qrafikləri təhlil etmək üçün nəzərdə tutulub. Google bildirir ki, şirkətin əməkdaşları artıq “Argon”dan səhvlərin aradan qaldırılması və kod bazalarının miqrasiyası kimi gündəlik işlərdə istifadə edirlər.
Google öz müqayisələrində “Gemini 4 Argon”un bir sıra süni intellekt testlərində rəqib modelləri geridə qoyduğunu açıqlayıb. Şirkət avqust ayında “Gemini” tətbiqinin aylıq istifadəçi sayının 1 milyardı keçdiyini də bildirmişdi.

















