OpenAI Microsoft-a rəqib olur: yeni ofis platforması təqdim edildi
OpenAI iş dünyasında komandaların süni intellekt dəstəyi ilə birgə işləməsinə imkan verən yeni ChatGPT Space platformasını təqdim edib.
ENA.az xəbər verir ki, platforma istifadəçilərə faylları və səhifələri vahid iş məkanında toplamaq, ChatGPT ilə birgə sənəd və təqdimatlar hazırlamaq, həmçinin digər əməkdaşları işə dəvət etmək imkanı verir.
OpenAI həmçinin PowerPoint-ə alternativ ola biləcək birgə təqdimat funksiyasını təqdim edib. İstifadəçilər təqdimatları birbaşa ChatGPT vasitəsilə hazırlaya, daha sonra isə əməkdaşlar və süni intellekt agentləri ilə birlikdə redaktə edə və şərhlər əlavə edə biləcəklər.
Yeni məhsullar OpenAI-ın Microsoft-un əsas biznes istiqamətlərindən biri olan ofis və məhsuldarlıq proqramları bazarına daha çox daxil olduğunu göstərir. Bununla belə, şirkətlər arasında tərəfdaşlıq davam edir: Microsoft OpenAI-ın əsas bulud tərəfdaşı olaraq qalır və OpenAI məhsulları əsasən Azure üzərindən təqdim olunur.


















