“Azər Türk Bank”da sədr müşaviri təyin edildi
Fərid Nadirov “Azər Türk Bank”da yeni vəzifəyə təyin olunub.
ENA.az xəbər verir ki, Fərid Nadirov “Azər Türk Bank” ASC-də İdarə Heyəti sədrinin Biznes və Strateji Tərəfdaşlıqlar üzrə müşaviri vəzifəsinə təyin olunub.
O, 2025-ci ilin dekabrından 2026-cı ilin oktyabrınadək bankda Korporativ Bankçılıq | Satışın planlaşdırılması, strategiyası, büdcələnməsi və fəaliyyətin monitorinqi üzrə rəhbər vəzifəsində çalışıb.
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.



















