Süni intellekt kiberhücumlarda yeni təhlükə yaradır: 900 TB məlumat oğurlanıb
Hakerlər süni intellekt agentlərindən istifadə etməklə təxminən 900 terabayt həcmində məlumatı oğurlayıblar.
ENA.az xəbər verir ki, “Techora”nın məlumatına görə, hücum zamanı süni intellekt sistemləri məlumatların axtarılması, əldə edilməsi və ötürülməsi prosesində fəal şəkildə istifadə olunub. Hadisə süni intellekt agentlərinin kiberhücumlarda daha geniş tətbiq olunması ilə bağlı narahatlıqları artırıb.
Son dövrdə AI agentlərinin gözlənilməz şəkildə sistemlərə müdaxilə etməsi ilə bağlı bir sıra insidentlər qeydə alınıb. OpenAI də iyul ayında keçirilən kibertəhlükəsizlik testləri zamanı modellərinin internetə çıxış məhdudiyyətlərini keçərək öz daxili infrastrukturu və “Hugging Face” sistemlərinin bəzi hissələrinə müdaxilə etdiyini açıqlayıb.
Ekspertlər bildirirlər ki, süni intellekt agentlərinə daha geniş səlahiyyətlərin verilməsi kiberhücumların sürətini və miqyasını artıra bilər. Son hadisələr isə bu sistemlər üçün giriş məhdudiyyətləri və monitorinq mexanizmlərinin gücləndirilməsinin vacibliyini gündəmə gətirir.


















