Türkiyədə 1070 əcnəbiyə qanunsuz vətəndaşlıq verilib – 74 nəfər saxlanıldı
Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb.
ENA.az "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Baş Polis İdarəsi tərəfindən həyata keçirilən əməliyyat şəhərin 13 rayonunu əhatə edib.
Əməliyyat nəticəsində 1070 nəfər əcnəbiyə qanunsuz vətəndaşlıq verərək 72 milyon 250 min dollar gəlir əldə edən 74 nəfər yaxalanıb.
Hakim qarşısına çıxarılan həmin şəxslərdən 26-sı həbs edilib, 48 nəfər isə polis nəzarətinə verilib.

















