“Bitcoin”in qiyməti yenidən 76 min dolları ötüb
Kriptovalyuta bazarında əsas aktivlərin qiymətində artım müşahidə olunur.
ENA.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,76% artaraq 76 383,51 ABŞ dollarına yüksəlib.
Bu müddətdə “Ethereum” 1,26% bahalaşaraq 2 434,35 dollara, BNB 1,61% artaraq 725,57 dollara, “Zcash” isə 22,37% yüksələrək 1 383,19 dollara çatıb.
“Monero”nun qiyməti isə 1,30% azalaraq 500,35 dollara düşüb.
Kriptovalyuta bazarının ümumi kapitallaşması 2,61 trilyon dollar səviyyəsindədir.


















