Gündəm

Çinin xarici ticarəti avqustda sürətlənib

Çinin xarici ticarətində artım avqust ayında sürətlənib. İxrac illik müqayisədə 25% artaraq iqtisadçıların gözləntilərinə uyğun nəticə göstərib.

ENA.az xəbər verir ki, Çin gömrük məlumatlarına əsasən, ixrac iyulda qeydə alınan 23,9%-lik artımdan sonra avqustda daha da sürətlənib. İdxal isə 28,2% artıb, lakin bu göstərici analitiklərin 30%-lik proqnozundan aşağı olub. 

Nəticədə Çinin xarici ticarət profisiti iyuldakı 112,5 milyard dollardan avqustda 119,09 milyard dollara yüksəlib. İdxalın gözləntilərdən zəif artması isə ölkədə daxili tələbin hələ də zəif qaldığına işarə edir

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)