“Gənclik Mall”da həyəcan siqnalı verilib - Vətəndaşlar təxliyə edilir
Bakıda yerləşən “Gənclik Mall”da həyəcan siqnalı verilib.
ENA.az Bakues.az-a istinadən xəbər verir ki, hazırda ticarət mərkəzində olan vətəndaşlar təxliyə edilir.
Siqnalın verilmə səbəbi hələlik məlum deyil.
***
“Gənclik Mall”un məlumat mərkəzindən problem yarandığını təsdiqləyiblər.
“Problem yaranmışdı, o səbəbdən vətəndaşlar təxliyə olunurdu. Artıq problem aradan qaldırılıb”, - məlumatda vurğulanıb.


















