"Bakı Fond Birjası"nın dövriyyəsi 35 %-ə yaxın azalıb
Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 28 milyard 429,052 milyon manat təşkil edib.
ENA.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 34,8 % azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,3 dəfə artaraq 45 252 olub.
















