Leyla Abbasova “Azerconnect”də yüksək vəzifəyə təyin olundu
“Azerconnect” MMC-də Korporativ inkişaf və daxili nəzarət üzrə departament direktoru vəzifəsinə təyinat olub.
Məlumata görə, Leyla Abbasova Korporativ inkişaf və daxili nəzarət üzrə qrup direktoru vəzifəsinə təyin edilib.
O, 2022-ci ilin may ayından 2026-cı ilin iyun ayına kimi “Azerconnect”də Korporativ inkişaf və daxili nəzarət departamentinin qrup rəhbəri olub.
2019-cu ilin fevral ayından 2022-ci ilin may ayınadək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Daxili audit departamentinin rəhbər müavini vəzifəsində çalışıb.
Leyla Abbasova 2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində (Xüsusi İstedadlar Qrupu) bakalavr təhsili alıb.
















