Qızıl və gümüş bahalaşıb (06.05.2026)
Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb.
ENA.az xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 2.01% artaraq 4,660 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 3.52% bahalaşaraq 76.17 ABŞ dolları təşkil edib.


















