Birja

“PAŞA Bank”ın səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq

3 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “PAŞA BANK” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Bakı Fond Birjasından verilən məlumata əsasən, qeyd olunan səhmlərin abunə yazılışı 13 aprel tarixində başlayaraq, 12 iyun 2026-cı il tarixində (daxil) yekunlaşıb.

Qiymətli kağızların yerləşdirilməsi isə 18.06.2026-cı il tarixində başlanacaq.

Qeyd olunan səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “PAŞA BANK” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ1012006628
Səhmlərin növü və forması Sənədsiz adlı, adi səhmlər
Ticarət üsulu/forması Kütləvi / Abunə yazılışı
Səhmlərin sayı 932,926 ədəd
İlkin ticarət qiyməti 55 manat
Buraxılış həcmi 51,310,930 manat
Ticarətə buraxılma tarixi 18.06.2026
Əsas Anderrayter

Anderrayter

Anderrayter

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

“ABB-İnvest İnvestisiya Şirkəti” QSC

“Unicapital İnvestisiya Şirkəti” ASC

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)