Sosial

Azərbaycanda qadınların pensiya yaşı artırılır

Növbəti həftədən Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi artırılacaq.

ENA.az xəbər verir ki, 2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq 65 ilə çatdırılacaq.

Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, qadınların pensiyaya çıxma yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək, kişilərin yaş həddi isə 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:

övr Kişilər üzrə pensiya yaşı Qadınlar üzrə pensiya yaşı
1 iyul 2017 – 30 iyun 2018 63 il 6 ay 60 il 6 ay
1 iyul 2018 – 30 iyun 2019 64 il 61 il
1 iyul 2019 – 30 iyun 2020 64 il 6 ay 61 il 6 ay
1 iyul 2020 – 30 iyun 2021 65 il 62 il
1 iyul 2021 – 30 iyun 2022 65 il 62 il 6 ay
1 iyul 2022 – 30 iyun 2023 65 il 63 il
1 iyul 2023 – 30 iyun 2024 65 il 63 il 6 ay
1 iyul 2024 – 30 iyun 2025 65 il 64 il
1 iyul 2025 – 30 iyun 2026 65 il 64 il 6 ay
1 iyul 2026 və sonra 65 il 65 il

 

Həmin qanuna görə, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə “Sosial müavinətlər haqqında” Qanuna əsasən, əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə sosial müavinət (2023-ci ilin yanvarın 1-dən 220 manat) almaq hüququ var.

Sığorta göstəricilərinə əsasən, fərdi hesabında toplanmış pensiya kapitalına uyğun olaraq pensiyanın məbləği müəyyən edilir. Hazırda minimum pensiyanın məbləği 320 manat təşkil edir. Yaşa görə əmək pensiyası ömürlük təyin edilir.

Xatırladaq ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il – 2025-cü il iyulun 1-dən 6 ay artırılaraq 64 il 6 ay edilib. Bu göstərici 30 iyun 2026-cı ilədək keçərlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)