Dünya bazarlarında neft ucuzlaşıb
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyul müqaviləsinin dəyəri 0,28% azalaraq 1 barelə görə 79.63 ABŞ dolları təşkil edib.
ENA.az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin iyun ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,35% azalaraq 76.33 ABŞ dollarına bərabər olub.
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.
2026-cı ilin iyun ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,9% azalaraq 3.20 ABŞ dolları təşkil edib.


















