BİZNES

Dövlət satınalmaları portalında yeni modul yaradılıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) təchizatçıların satınalma prosesi ilə bağlı müraciətlərinin elektron qaydada təqdim edilməsi, icra vəziyyətinin izlənilməsi və nəticələr barədə məlumatların operativ əldə olunmasına imkan verən yeni "Müraciətlər" modulu istifadəyə verilib.

Agentliyin məlumatına görə, modul təchizatçıların şikayət, ərizə və təkliflərini vahid elektron platforma üzərindən təqdim etməsinə və müraciətlərin icra prosesinin sistemli şəkildə izlənməsinə imkan yaradır. Bununla müraciətlərin idarə olunması prosesi rəqəmsallaşdırılır, məlumatların vahid sistemdə toplanması və müraciətlərin statusu barədə təchizatçıların operativ məlumatlandırılması təmin olunur.

"Müraciətlər" modulundan istifadə qaydaları ilə bağlı hazırlanmış təlimat videosunu buraya keçid etməklə izləmək olar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)