Meta-nın xalis mənfəəti üçüncü rübdə 264% artıb
“Facebook”, “Instagram” və “WhatsApp” platformalarının sahibi “Meta” şirkətinin xalis mənfəəti 2026-cı ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 264% artaraq 9,9 milyard dollara çatıb.
ENA.az xəbər verir ki, şirkətin iyul-sentyabr aylarında gəliri illik müqayisədə 26% artaraq 64,6 milyard dollar olub. Ötən ilin eyni dövründə gəlir 51,2 milyard dollar, xalis mənfəət isə 2,7 milyard dollar təşkil edib. Səhm üzrə mənfəət 1,05 dollardan 3,83 dollara yüksəlib.
Şirkətin maliyyə nəticələri bazar gözləntilərini üstələyib. Bununla belə, hesabat dövründə sosial media və yeniyetmələrin psixi sağlamlığı ilə bağlı məhkəmə iddialarının həlli çərçivəsində 9,89 milyard dollar xərc qeydə alınıb. Bu xərc nəzərə alınmasaydı, səhm üzrə mənfəət 7,40 dollar olardı.
“Meta” ilin dördüncü rübündə gəlirinin 73–76 milyard dollar aralığında olacağını proqnozlaşdırıb. Şirkətin rəhbəri Mark Zukerberq isə süni intellekt sahəsinə yatırımları və yeni “Muse” və “Muse Wonder” modellərinin istifadəyə verilməsini əsas inkişaf istiqamətləri kimi qeyd edib.


















