Bank

ABB sədri: Riskləri idarə etməklə inkişaf etmək mümkündür

Bakıda Risk Forumu keçirilir

Bakıda ABB-nin təşkilatçılığı ilə Risk Forumu keçirilir. Forumda dəyişən qlobal reallıqlar fonunda risklərin idarə olunmasına yeni yanaşmalar müzakirə edilir.

ENA.az xəbər verir ki, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov açılış nitqində mürəkkəb iqtisadi şəraitdə risklərin düzgün qiymətləndirilməsinin və effektiv idarə olunmasının əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, davamlı uğur qazanmaq üçün riskləri düzgün qiymətləndirmək və onları idarə edərək inkişaf etmək vacibdir.

“Regional genişlənmə yeni imkanlar açmaqla yanaşı, risklərin idarə edilməsində peşəkarlığın artırılmasını da tələb edir”, – deyə A. İbrahimov bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)