MALİYYƏ

Azərbaycanda investisiya şirkətlərinin mənfəəti bir ildə 60 % yüksəlib

Bu ilin I yarısında Azərbaycandakı investisiya şirkətlərinin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 60 % və yaxud 0,9 milyon manat artaraq 2,4 milyon manat olub.

ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, investisiya şirkətlərinin xalis mənfəəti əsasən artan müştəri sifarişləri və portfel idarəedilməsi gəlirləri hesabına formalaşıb.

İyulun 1-nə investisiya şirkətlərinin aktivləri ilin əvvəli ilə müqayisədə 2 % (2 milyon manat) azalaraq 123 milyon manat, o cümlədən öhdəlikləri 9 % və yaxud 6 milyon manat azalaraq 70 milyon manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)