Birja

Neft bazarında qiymətlər Rusiyanın tədarük planları fonunda düşüb (12.10.2026)

Neftin qiyməti Rusiyadan tədarükün artacağına dair gözləntilər və qlobal bazarda təklifin genişlənməsi ehtimalı fonunda geriləyib.

ENA.az xəbər verir ki, bazar iştirakçıları Rusiyanın dünya bazarına əlavə enerji məhsulları çıxarması ehtimalını qiymətləndirirlər. Bu gözləntilər Yaxın Şərqdəki gərginlik səbəbindən yaranan təchizat narahatlıqlarını qismən azaldır.

ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Rusiyanın ABŞ və qlobal bazarlara dizel yanacağı tədarük edəcəyini açıqlayıb. Trampın sözlərinə görə, ilkin mərhələdə 300 min tondan çox, noyabrda isə əlavə 500 min ton dizel tədarükü nəzərdə tutulur. Rusiya tərəfi də neft və neft məhsullarını dünya bazarlarına çatdırmağa hazır olduğunu bildirib.

Bununla belə, Yaxın Şərqdəki münaqişə və Hürmüz boğazında daşımalarla bağlı risklər neft bazarında qeyri-müəyyənliyi qoruyur. Regiondan tədarükün bərpası və Rusiyanın mümkün əlavə ixracı qiymətlərə təzyiq göstərən əsas amillər sırasındadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)