“SpaceX” dünya iqtisadiyyatından dəfələrlə dəyərli ola bilər – İlon Mask
Amerikalı sahibkar İlon Mask hesab edir ki, onun "SpaceX" kosmik şirkətinin gələcək dəyəri hazırkı dünya iqtisadiyyatın həcmindən dəfələrlə çox ola bilər.
Məlumata görə, milyarder bunu "X" sosial şəbəkəsində yazıb.
"Bu, tamamilə ağılsız səslənəcək, amma mən "SpaceX"in hazırkı dünya iqtisadiyyatından qat-qat çox dəyərli olacağı bir yol görürəm", - Mask bildirib.
Lakin sahibkar müqayisə üçün hansı iqtisadi göstəricidən istifadə etdiyini dəqiqləşdirməyib.
Dünya Bankının məlumatına görə, 2025-ci ildə ümumi qlobal ümumi daxili məhsul (ÜDM) 118,35 trilyon dollar olacaq.



















