BƏƏ investorları “OpenAI”a 10 milyard dollara qədər yatırım etməyə hazırlaşır
"OpenAI" şirkəti azı 30 milyard dollar dəyərində yeni maliyyələşdirmə mərhələsində iştirak etmək üçün BƏƏ investisiya fondları ilə danışıqlar aparır.
ENA.az-ın "Bloomberg"ə istinadən məlumatına görə, BƏƏ investorları "OpenAI"ı birgə maliyyələşdirmək üçün tərəfdaşlıq yaratmaq imkanlarını müzakirə edirlər.
Agentliyin mənbələrinin məlumatına görə, BƏƏ fondlarından ümumi potensial investisiya 10 milyard dollara çata bilər.
Amerika investisiya şirkəti "BlackRock" da maliyyələşdirmə mərhələsinə qoşulmağı düşünür.
"Bloomberg" daha əvvəl "OpenAI"ın şirkətin dəyərini təxminən 1,4 trilyon dollara çatdırmaqla azı 30 milyard dollar cəlb etməyi gözlədiyini bildirib.


















