Süni intellekt oyun bazarını çökdürə bilər
Süni intellektin inkişafı yaxın yeddi il ərzində videooyun bazarında ciddi dəyişikliklərə səbəb ola və müstəqil (indie) tərtibatçıları bazardan sıxışdıra bilər.
ENA.az xəbər verir ki, “Techora”nın məlumatına görə, bu proqnoz sentyabrın 18-də oyun sənayesinin 10 nümayəndəsinin iştirakı ilə keçirilən müzakirədə səsləndirilib. İştirakçıların ümumi təcrübəsi 251 il təşkil edib.
Mütəxəssislərin fikrincə, süni intellekt oyun hazırlanmasını demək olar ki, hər kəs üçün əlçatan edəcək. Nəticədə əsas çatışmazlıq texniki bacarıq deyil, oyunçuların diqqəti olacaq və bazarda rəqabət daha da sərtləşəcək.
Müzakirədə AAA seqmentindən indie oyunlara keçidin də sürətləndiyi bildirilib. İşdən çıxarmalar, layihələrin ləğvi və oyunlara istifadəçi cəlbetmə xərclərinin artması təcrübəli tərtibatçıları daha kiçik və müstəqil layihələrə yönəldir.
Ekspertlər həmçinin süni intellekt agentlərinin və yeni nəsil oyunçuların sənayenin gələcəyinə təsirini müzakirə ediblər.


















