Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Noyabrda üç gün ardıcıl istirahət olacaq.
ENA.az xəbər verir ki, Azərbaycanda noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl üç istirahət günü olacaq.
Belə ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 8 Noyabr bazar gününə təsadüf etdiyi üçün noyabrın 10-da qeyri-iş günü olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11 qeyri-iş günü nəzərdə tutulub. Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə qeyri-iş günlərinin sayı 7 gün olacaq.
















