Birja

G7-nin ehtiyatları bazara çıxarması neftin qiymətini aşağı salıb (06.10.2026)

Neftin qiyməti Orta Şərqdən artan xam neft ixracı və G7 ölkələrinin strateji ehtiyatları bazara çıxarmaq qərarı fonunda geriləyib.

ENA.az xəbər verir ki, “Bloomberg HT”nin məlumatına görə, Brent markalı neftin dekabr fyuçersləri 4 sent ucuzlaşaraq 1 barel üçün 100,28 dollara, WTI markalı neft isə 0,1% azalaraq 89,33 dollara düşüb.

Orta Şərqdən xam neft ixracının sentyabrın son həftəsində dörd gün ərzində müharibədən əvvəlki səviyyələri üstələməsi bazarda təklif narahatlığını azaldıb. Bundan əlavə, G7 ölkələri 100 milyon barel dizel və xam nefti strateji ehtiyatlardan bazara çıxarmaq barədə qərar qəbul edib.

Bununla belə, Səudiyyə Ərəbistanı ilə İranın dəstəklədiyi husilər arasında davam edən qarşıdurma və Hürmüz boğazında təhlükəsizlik riskləri neft bazarında qiymətlərin daha ciddi azalmasının qarşısını alır. ABŞ-İran danışıqlarında da hələlik irəliləyiş əldə olunmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)