Azərbaycan nefti sürətlə bahalaşır (17.07.2026)
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artıb.
ENA.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,99 ABŞ dolları və ya 2,29 faiz yüksələrək 88,82 ABŞ dollarına çatıb.
Qeyd edək ki, 2026-cı il üçün dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
Xatırladaq ki, "Azeri Light" markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.


















