Birja

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşır (03.09.2026)

Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.

ENA.az xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4.35 ABŞ dolları və ya 4.46% artaraq bir barel üçün 101.96 ABŞ dollarına çatıb.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)