Azərbaycan nefti 6%-dən çox bahalaşıb (15.07.2026)
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.
ENA.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 5.22 dollar və ya 6.42% artaraq 86.51 dollar olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

















