Qızılın qiyməti 4000 dollardan aşağı enib (30.06.2026)
Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb.
ENA.az xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.01% azalaraq 3.998 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.83% ucuzlaşaraq 58.14 ABŞ dolları təşkil edib.

















