Hadisə

SEPAH Fars körfəzində neft daşıyan 4 gəmini vurduğunu bəyan edib

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzində dörd gəmiyə zərbələr endirildiyini bəyan edib.

"Al Jazeera" yazır ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.

İnqilab Keşikçiləri tərəfindən yayılan bəyanatda bildirilir ki, "icazəsiz" marşrutlarla hərəkət etdiyi müəyyən edilən dörd gəmi neft ötürmə əməliyyatı apararkən aşkarlanıb və eyni vaxtda zərbəyə məruz qalıb.

Bəyanatda həmçinin qeyd olunur ki, ötən gecə Hörmüz boğazının qərbində üç gəmi dəniz minasına düşüb; nəticədə gəmilərdə yanğın baş verib və onlar dayanmaq məcburiyyətində qalıblar.

ABŞ-ı gəmiləri minalanmış sulardan keçməyə təşviq etməkdə günahlandıran İnqilab Keşikçiləri, bunun dəniz qəzalarının artmasına səbəb olduğunu iddia ediblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)