Sənaye

Azərbaycanla Türkiyə arasında qaz müqaviləsi imzalandı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Türkiyənin Neft Boru Kəməri Korporasiyası (BOTAŞ), Total Energies və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) ilə birlikdə, 2029-cu ildən başlayaraq 15 il ərzində Türkiyəyə Azərbaycandan ümumilikdə 33 milyard kubmetr təbii qaz tədarük etmək üçün müqavilə imzalayıb.

Energetika və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, Türkiyə ilə Azərbaycan arasında güclü enerji əlaqələri Bakı Enerji Həftəsində yeni bir mərhələyə qədəm qoyub.

Bakı Enerji Forumu çərçivəsində imzalanan təbii qaz təchizatı müqaviləsi, Abşeron yatağında yeni istehsal investisiyalarının bir hissəsi olaraq, 2029-cu ildən etibarən Türkiyəyə ümumilikdə 33 milyard kubmetr təbii qaz təmin edəcək.

Türkiyənin enerji sahəsində mərkəzi ölkə olmaq vizyonunu dəstəkləyən bu addım, ölkənin, regionun və Avropanın enerji təchizatı təhlükəsizliyinə töhfə verməyi hədəfləyir.

Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar yanvar ayının əvvəlində Azərbaycanla ümumi həcmi 33 milyard kubmetr olan yeni təbii qaz təchizatı müqaviləsinin imzalandığını açıqlayaraq bildirib ki, "Bu, Azərbaycanın Abşeron yatağından ildə 2,25 milyard kubmetr, ümumi həcmi isə 15 il ərzində 33 milyard kubmetr olan bir müqavilədir".
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)