Sənaye

Səudiyyə Ərəbistanında neft hasilatı bərpa olunur

Səudiyyə Ərəbistanında neft hasilatı ötən ay təxminən üçdə bir artaraq son 30 ildən çox müddətin ən aşağı səviyyəsindən bərpa olunub.

ENA.az xəbər verir ki, ölkə OPEC-ə gündəlik neft hasilatının təxminən 2 milyon barel artaraq 8,372 milyon barelə çatdığını bildirib. Bununla belə, hasilat İranla münaqişə başlamazdan əvvəlki səviyyədən xeyli aşağıdır.

Yaxın Şərqdən neft ixracı ötən ay müharibədən əvvəlki səviyyələrə doğru bərpa olunmağa başlayıb. Region ölkələri Hürmüz boğazı vasitəsilə daşımaları artırıb. Səudiyyə Ərəbistanı isə husilərin hücumundan sonra Qırmızı dənizə neft nəqlinə imkan verən mühüm boru kəmərində axını bərpa edib.

Bununla belə, tanker daşımalarına qarşı hücumların və husilərin fəaliyyətinin artmasının bu bərpaya necə təsir edəcəyi hələlik qeyri-müəyyəndir.

OPEC aylıq hesabatında 2026-cı il üzrə qlobal neft tələbinin artım proqnozunu yarıya endirərək gündəlik cəmi 200 min barelə salıb. Hesabata əsasən, təşkilata üzv ölkələrin ümumi neft hasilatı sentyabrda gündəlik 920 min barel artaraq 25,097 milyon barelə yüksəlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)