Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
ENA.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici Azərbaycanın ümumi ixracının 0,08%-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-aprel ayında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 17 milyard 403 milyon 345.14 min ABŞ dolları təşkil edib.

















