Sosial

Qlobal ərzaq qiymətləri 4 ilin ən yüksək səviyyəsinə çatıb

Qlobal ərzaq əmtəələrinin qiymətləri avqust ayında 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə yüksəlib.

ENA.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, ərzaq qiymətləri indeksi avqustda aylıq müqayisədə 1,9% artaraq 133,3 bəndə çatıb. İllik artım isə 2,5% təşkil edib.

Artım əsasən taxıl, şəkər və süd məhsullarının bahalaşması ilə bağlı olub. Avqustda qlobal buğda qiymətləri 2,6%, şəkər qiymətləri isə 11,9% yüksəlib.

FAO qlobal ərzaq bazarında geosiyasi gərginliklər, əlverişsiz hava şəraiti, artan istehsal xərcləri və təchizat risklərinin qiymətlərə təzyiq göstərdiyini bildirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)